...

Xudatda 22 küçəyə asfalt örtük salınıb, geniş abadlıq işləri aparılır (FOTO)

Cəmiyyət Materials 25 Oktyabr 2021 16:51 (UTC +04:00)
Xudatda 22 küçəyə asfalt örtük salınıb, geniş abadlıq işləri aparılır (FOTO)

Bakı. Trend:

“Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində Xaçmaz rayonun Xudat şəhərində yenidənqurma işlərinə başlanılıb.

Xaçmaz İcra Hakimiyyətindən Trend-ə verilən məlumata görə, Xudat şəhərinin Bakı istiqamətində girişində yeni dairəvi yol infrastrukturu qurulur, küçələr asfaltlanır, ətrafda yerləşən sahibkarlıq obyektləri müasir üslübda yenilənir. Görülən işlər yerli sakinlərlə yanaşı, rayona səfər edən qonaqların zövqünü oxşayacaq.

Hazırda magistral yolun genişləndirilməsi sürətlə davam etdirilir. Abadlıq-quruculuq işləri çərçivəsində piyadaların rahat hərəkətinin təmin olunması məqsədilə səkilər yenidən qurulur, müasir gecə işıqlandırma sistemi yaradılır.

Ümumilikdə Xudat şəhəri üzrə 22 küçəyə asfalt örtük salınıb, bu istiqamətdə işlər davam etdirilir.

Görülən işlərlə tanış olan rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev müvafiq tapşırıq və tövsiyyələrini verib.

Ölkə rəhbərinin birbaşa diqqət və qayğısı nəticəsində aparılan quruculuq işləri gələcəkdə bu regionda turizmin inkişafında müstəsna əhəmiyyət kəsb edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti