...

MDU-nun türkiyəli professoru magistrantlarla görüşüb (FOTO)

Cəmiyyət Materials 26 Oktyabr 2021 13:26 (UTC +04:00)
MDU-nun türkiyəli professoru magistrantlarla görüşüb (FOTO)

Bakı. Trend:

2021-ci ilin 25 oktyabr tarixində Mingəçevir Dövlət Universitetində (MDU) fəaliyyət göstərən Türkiyənin Qazi Universitetinin professoru Ercan Nurcan Yılmaz universitetin magistrantları ilə görüş keçirib.

Görüşdə professor E.N.Yılmaz karyera inkişafı, ixtisaslaşma, tədqiqat mövzularının və elmi rəhbərlərin seçilməsi meyarları, tədqiqatların aparılması və onların nəticələrinin yayımlanması, akademik etika ilə bağlı müvafiq tövsiyələrini magistrantlara çatdırıb.

Yaxın gələcəkdə süni intellektin iqtisadiyyatın bütün sahələrində tətbiq ediləcəyini vurğulayan professor bu sahədə bilik və bacarıqların artırılması yolları barədə magistrantlarla təcrübəsini bölüşüb.

Özünüinkişaf, özünüifadə, elmi nəticələri təqdimetmə, nitq və ünsiyyət bacarıqlarının formalaşdırılması və inkişaf etdirilməsinin vacibliyindən bəhs edən professor bu məqsədlə universitetdə keçirilən konfranslarda, seminarlarda, dəyirmi masalarda və digər müxtəlif formatlı elmi tədbirlərdə iştirakın üstünlüklərindən danışıb və magistrantları universitetdə yaradılan əlverişli təhsil mühitinin imkanlarından maksimum faydalanmağa çağırıb.

Səmimi formatda keçirilən görüşdə magistrantları maraqlandıran mövzular ətrafında müzakirələr aparılıb və təqdim edilən suallar cavablandırılıb.

Qeyd edək ki, Türkiyənin Qazi Universiteti ilə yaradılan işbirliyi çərçivəsində elektrik və elektronika mühəndisliyi, informasiya təhlükəsizliyi sahələri üzrə professorlar Ercan Nurcan Yılmaz və Cemal Yılmaz cari tədris ilində MDU-nun Mühəndislik fakültəsində elmi-pedaqoji fəaliyyətlərini davam etdirirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti