...

Pedaqoji Universitetin müəllim və magistrantları İkinci Fəxri Xiyabanı ziyarət ediblər (FOTO)

Cəmiyyət Materials 4 Noyabr 2021 15:00 (UTC +04:00)
Pedaqoji Universitetin müəllim və magistrantları İkinci Fəxri Xiyabanı ziyarət ediblər (FOTO)

Bakı. Trend:

Noyabrın 3-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Magistratura və doktorantura şöbəsinin “Azərbaycan dili və ədəbiyatının tədrisi metodikası və metodologiyası” ixtisasının müəllim və tələbə kollektivi "8 Noyabr - Zəfər Günü" münasibəti ilə İkinci Fəxri xiyabanı ziyarət ediblər.

Universitet kollektivi Vətənimizin ərazi bütövlüyünün təmin edilməsi uğrunda şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın məzarları üzərinə gül dəstələri düzüb, onların əziz xatirələrini dərin ehtiramla yad edib və yaxınlarına səbr diləyiblər.

Ziyarət zamanı universitetin Vətən müharibəsində şəhid olan və İkinci Fəxri Xiyabanda dəfn olunan tələbə və məzunlarının da məzarları ziyarət edilib, üzərinə əklillər, tər gül-çiçək dəstələri düzüb, ruhlarına dualar oxunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti