...

Xaçmaz RİH başçısı COVİD-19 əleyhinə üçüncü doza peyvənd olunub (FOTO)

Cəmiyyət Materials 10 Noyabr 2021 17:32 (UTC +04:00)
Xaçmaz RİH başçısı COVİD-19 əleyhinə üçüncü doza peyvənd olunub (FOTO)

Bakı. Trend:

Nazirlər Kabinetinin 16 yanvar 2021-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası"na uyğun olaraq Xaçmaz rayonunda COVİD-19 infeksiyasına qarşı mübarizə məqsədi ilə sakinlərin peyvənd olunması kampaniyası uğurla həyata keçirilir.

Vaksinasiya Xaçmaz və Xudat xəstəxanaları ilə yanaşı səyyar briqadalar tərəfindən kəndlərdə də davam etdirilir.

Xaçmaz Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Elnur Rzayev Rayon Mərkəzi Xəstəxanasına gələrək COVID-19 əleyhinə ”booster” doza peyvənd olunub. Rayon icra hakimiyyətinin başçısı tibb müəssisəsində vaksinasiya prosesinin gedişi ilə də maraqlanıb.

Xaçmaz rayonunda bu günə kimi COVID-19 infeksiyasına qarşı rayon sakinlərindən 74790 nəfəri hər iki doza peyvənd olunub. Həmçinin, 9030 nəfərə üçüncü doza peyvənd vurulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti