...

Belçikada koronavirusla bağlı tədbirlər yenidən sərtləşdirilir

Cəmiyyət Materials 18 Noyabr 2021 02:44 (UTC +04:00)
Belçikada koronavirusla bağlı tədbirlər yenidən sərtləşdirilir

Bakı. Trend:

Belçika hökuməti koronavirusun yayılmasının qarşısını almaq üçün məhdudlaşdırıcı tədbirləri sərtləşdirməyə qərar verib. Ölkədə qapalı yerlərdə maska ​​taxmaq yenidən məcburi olacaq və işçilər həftədə ən azı dörd gün distant iş rejimində çalışacaq.

Trend-in məlumatına görə, bu barədə Avropa KİV-ləri xəbər verib.

Məlumata əsasən, maskaları qapalı otaqlarda, məsələn, kafe və restoranlarda hamı taxmalı, masalar arxasında isə qoruyucu vasitələr olmadan oturmağa icazə veriləcək. Qaydalar 10 yaşdan yuxarı ölkə sakinlərinə şamil ediləcək, əvvəllər yaş həddi 12 yaş idi.

Dekabrın ortalarına qədər belçikalılar həftədə dörd gün, sonra isə üç gün evdən işləməli olacaqlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti