...

İstifadə müddəti bitmiş 3,6 tondan çox qida məhsulu məhv edilib

Cəmiyyət Materials 18 Noyabr 2021 17:44 (UTC +04:00)
İstifadə müddəti bitmiş 3,6 tondan çox qida məhsulu məhv edilib

Bakı. Çingiz Səfərli - Trend:

“Foodini” MMC-nin istifadə müddəti bitmiş 3,6 tondan çox məhsulu məhv edilib.

Bu barədə Trend-ə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Məlumatda qeyd olunur ki, “Foodini” MMC tərəfindən istehlaka yararsız və istifadə müddəti bitmiş qida məhsullarının məhv edilməsi ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə edilmiş müraciət əsasında istifadə müddəti bitmiş ümumi çəkisi 3621.63 kq müxtəlif növ istehlaka yararsız qida məhsulları “Təmiz Sumqayıt-Kənan” MMC-yə məxsus tullantıların zərərsizləşdirilməsi poliqonunda Agentlik əməkdaşlarının iştirakı ilə məhv edilib.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini davam etdirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti