...

Gəncə Dövlət Universitetində Elmi Şuranın növbəti iclası keçirilib (FOTO)

Cəmiyyət Materials 3 Dekabr 2021 15:55 (UTC +04:00)
Gəncə Dövlət Universitetində Elmi Şuranın növbəti iclası keçirilib (FOTO)

Bakı. Trend:

Gəncə Dövlət Universitetində Elmi Şuranın növbəti iclası keçirilib.

İclası giriş sözü ilə universitetin rektoru, professor Yusif Yusibov açaraq şura üzvlərini gündəlikdə duran məsələlərlə tanış etmişdir. Sonra birinci məsələ-2021-2022-ci tədris ilinin payız imtahan sessiyasına hazırlığın vəziyyəti və qarşıda duran vəzifələrlə bağlı universitetin Tədris Departamentinin rəhbəri Elturan Yusifovun hesabatı dinlənilərək müzakirə edilib.

Akkreditasiya Kommissiyasının tövsiyyələri ilə əlaqədar hazırlanmış fəaliyyət istiqamətlərinə uyğun yerinə yetirilmiş işlərin hesabatı ilə bağlı universitetin İnnovasiyalar Departamentinin direktoru Vasif Həsənovun hesabatından sonra tarix-coğrafiya fakültəsinin, botanika kafedrasının, Azərbaycan tarixi kafedrasının, fizika və texniki fənlər fakültəsinin 5 illik fəaliyyətləri müzakirə edilmişdir. Çıxış edənlər adları çəkilən fakültə və kafdraların fəaliyyətini qənaətbəxş hesab ediblər.

Sonra Məhərrəm Orucovun fransız dili kafedrasının, Sübhiyyə Zeynallının ümumi riyaziyyat kafedrasının, eləcə də Samirə Mehdiyevanın kimya kafedrasının dosenti elmi adını almağa dair vəsatətin qaldırılması ilə bağlı məsələlər müzakirə olunub.

Elmi Şurada ÜTF və texnologiya kafedrasının dosenti Rizvan Həsənova universitetin “Fəxri Professoru” adının verilməsi haqqında məsələyə də baxılıb.

Elmi Şuranın iclası cari məsələlərin müzakirəsi ilə başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti