...

Şəhid ailələri və qazilərlə bağlı vergi güzəştləri bu kateqoriyadan olan insanlara diqqətin davamlı xarakter daşıdığını təsdiqləyir - Deputat

Cəmiyyət Materials 7 Dekabr 2021 11:39 (UTC +04:00)
Şəhid ailələri və qazilərlə bağlı vergi güzəştləri bu kateqoriyadan olan insanlara diqqətin davamlı xarakter daşıdığını təsdiqləyir - Deputat

Bakı. Elçin Mehdiyev - Trend:

Vergi Məcəlləsində Vətən müharibəsində şəhid olmuş şəxslərin ailə üzvləri və qazilər üçün müəyyənləşmiş yeni güzəştlər Azərbaycan dövlətinin bu kateqoriyadan olan insanlara diqqətin davamlı xarakter daşıdığını bir daha təsdiqəyir.

Bunu Trend-ə Milli Məclisin deputatı Afət Həsənova deyib.

Deputat bildirib ki, şəhidlər və qazilər öz canları və qanları bahasına Azərbaycan xalqına böyük qələbə sevinci yaşadıblar:

“Şəhidlərimiz və qazilərimiz Vətən müharibəsində əfsanəvi qəhrəmanlıqlar göstərdilər, dünya hərb tarixində yeni bir səhifə açdılar. Onların bu şücaəti nəticəsidə 30 il işğal altında olan torpaqlarımız azad olundu və ərazi bütövlüyümüzün bərpa edildi. Azərbaycan dövləti və xalqı hər zaman öz şəhidinin xatirəsini əziz və uca tutur, şəhid ailələrinin və qazilərin qayğısına qalır.

Şəhidlərimizin bizə əmanət qoyub getdiyi ailələri, övladları var, qazilərimiz Vətən müharibəsində öz sağlamlıqlarını itiriblər. Vergi Məcəlləsinə edilən dəyişikliklər bir daha Vətən müharibəsi şəhidləriinin ailələrinin, Vətən müharibəsi iştirakçılarının sosial vəziyyətinin yaxşılaşdırılmasının Azərbaycan dövlətinin sosial siyasətində prioritet təşkil etdiyini göstərir”, - deyə A.Həsənova bildirib.

Deputat vurğulayıb ki, Vergi güzəştlərinin və dövlətin sosial siyasətinin həssas qrupların maddi ehtiyaclarını nəzərdə tutmaqla yanaşı, eyni zamanda böyük mənəvi əhəmiyyət daşıyır:

“Bu kateqoriyadan olan insanlara dövlət qayğısı həm də onu göstərir ki, Vətən yolunda öz canından, qanından keçən insaları nə dövlət, nə xalq unutmur, onlar daim dövlətin qayğısı ilə əhatə olunur”, - deyə A.Həsənova əlavə edib.

Qeyd edək ki, Azərbaycan Respublikası Milli Məclisinin 3 dekabr tarixili iclasında üçüncü oxunuşda qəbul edilən Vergi Məcəlləsinə dəyişikliklərə əsasən Vətən müharibəsində şəhid olmuş şəxslərin ailə üzvləri və qazilər üçün yeni vergi güzəştləri müəyyənləşib. Eyni zamanda Vətən müharibəsi şəhidləri ilə bərabər, Vətən müharibəsi iştirakçılarının da banklara və digər kredit təşkilatlarına olan borclarının silinməsindən əldə olunan gəlir gəlir vergisindən azad edilib.

Şəhid olmuş şəxslərin ailə üzvlərinə və hərbi əməliyyatlar nəticəsində əlil olmuş hərbi qulluqçulara və mülki şəxslərə dövlət tərəfindən göstərilən diqqət və qayğının davamı olaraq bu kateqoriyaya aid fiziki şəxslərə verilən və məqsədli təyinatından asılı olmayaraq maddi yardımların 10.000 manatadək olan hissəsinin gəlir vergisindən azad edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti