...

İstifadə müddəti bitmiş 35 tona yaxın qida məhsulu məhv edilib

Cəmiyyət Materials 23 Dekabr 2021 20:33 (UTC +04:00)

Bakı. Çingiz Səfərli - Trend:

İstehsala yararsız 35 tona yaxın qida məhsulu məhv edilib.

Bu barədə Trend-ə Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.

“Sun Food” MMC-nin Agentliyə müraciəti əsasında istifadə müddəti bitmiş və istehlaka yararsız ümumi çəkisi 34 788 kq müxtəlif növ qida məhsulları “Təmiz Sumqayıt-Kənan” MMC-yə məxsus tullantıların zərərsizləşdirilməsi poliqonunda AQTA əməkdaşlarının iştirakı ilə məhv edilib.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini davam etdirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti