...

Azərbaycanda əsasən hansı ölkələrin vətəndaşları təhsil alır?

Cəmiyyət 19 Yanvar 2022 21:00 (UTC +04:00)
Azərbaycanda əsasən hansı ölkələrin vətəndaşları təhsil alır?

Bakı. Elçin Mehdiyev – Trend:

Azərbaycanın ali təhsil müəssisələrində ölkə vətəndaşları ilə yanaşı, 82 xarici ölkədən 6,4 min tələbə təhsil alır.

Trend-in məlumatına görə, əcnəbi tələbələr sırasında Türkiyə, İran, Rusiya, Gürcüstan, İraq, Pakistan İslam Respublikası, Hindistan və Çinin vətəndaşları üstünlük təşkil edirlər.

2021/2022-ci tədris ilinin əvvəlinə xarici ölkələrdə dövlət xətti ilə təhsil alan tələbələrin sayı 717 nəfər təşkil edib. Xaricdə təhsil alan gənclərin 29,0 faizi Bakı, 71,0 faizi isə Azərbaycanın müxtəlif regionlarında yerləşən məktəblərin məzunlarıdır.

Tələbələrin əksəriyyəti Türkiyə, Rusiya, Macarıstan, Çin, Birləşmiş Krallıq və Latviyanın ali təhsil müəssisələrində təhsil alır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti