...

"Şəhid ailələri" İctimai Birliyi rektor Yusif Yusibovu fəxri fərmana layiq görüb (FOTO)

Cəmiyyət 20 Yanvar 2022 13:51 (UTC +04:00)
"Şəhid ailələri" İctimai Birliyi rektor Yusif Yusibovu fəxri fərmana layiq görüb (FOTO)

Bakı. Trend:

Xalqımız hələ də 44 günlük Vətən müharibəsində qazanılmış böyük qələbənin xoş təsiri altındadır. Həmin tarixi zəfərdən bir ildən artıq vaxt keçməsinə baxmayaraq insanlar indi də Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun əldə etdiyi misilsiz qələbədən danışır, 30 ilə yaxın düşmən əsarətində olan Qarabağ torpaqlarının azad olunmasında əsl şücaət göstərən, bu yolda canından keçən mərd oğullarımızın qəhrəmanlıqlarından danışırlar.

Söz yox ki, bu müharibədə minlərlə şəhid verdik. Yaralananlarımız da az olmadı. İndi Prezident İlham Əliyevin diqqət və qayğısı ilə həm şəhid ailələrinə, həm də qazilərimizə böyük diqqət və qayğı göstərilir. Azərbaycan xalqı onlara qələbə sevinci yaşadan insanlara hörmət və qayğı ilə yanaşır. Elə 44 günlük Vətən müharibəsində Gəncə Dövlət Universitetindən də onlarla əməkdaş iştirak etmişdir. Onlardan şəhid olanlar da, yaralanaraq qazi olanlar da oldu. Universitet rəhbərliyi bu insanları daim diqqətdə saxlamaqla, onlara böyük hörmət və ehtiramla yanaşır. Keçirilən görüşlərdə arzu və istəkləri dinləyir. Hətta bu yaxınlarda universitetin foyesində həm şəhid olmuş, həm də qazi olmuş əməkdaşların şəkillərindən ibarət guşə də düzəldilmişdir. Söz yox ki, bütün bunlar nəzərdən qaçmamışdır. Bu günlərdə “Qürur” Şəhid Ailələri İctimai Birliyiinin həmsədri Bəxtiyar Hüseynovla rektor Yusif Yusibovun görüşündə bütün bunlar barədə daha ətraflı söhbət getmişdir. Görüşün sonunda Bəxtiyar Hüseynov Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunması uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinə hörmət və ehtiram göstərərək, şəhid ailələrinə və qazilərə etdiyi maddi-mənəvi yardımlara görə universitetin rektoru, professor Yusif Yusibova minnətdarlıq etmiş və “Qürur” Şəhid ailələri İctimai Birliyinin Fəxri Fərmanını təqdim etmişdir. Sonda xatirə şəkli çəkdirilmişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti