...

Magistraturaya qəbul imtahanlarının iki dəfə keçirilməsi planlaşdırılır - DİM

Cəmiyyət 25 Yanvar 2022 17:23 (UTC +04:00)
Magistraturaya qəbul imtahanlarının iki dəfə keçirilməsi planlaşdırılır - DİM

Bakı. Humay Ağacanova - Trend:

Cari ildə magistraturaya qəbul imtahanlarının iki dəfə keçirilməsi planlaşdırılır.

Trend-in məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) şöbə müdiri Nərminə Bayramova bildirib.

Onun sözlərinə görə, hələ ki, pandemiya şəraitində olduğumuz üçün qaydalara müəyyən dəyişikliklər ola bilər.

"Tələbələr 1-ci imtahanda iştirak etməyə çalışmalıdır. Müəyyən obyektiv və subyektiv səbəblərə görə imtahan 2-ci dəfə keçirilməsə, DİM-i ittiham etməsinlər”, - deyə o əlavə edib.

Qeyd edək ki, magistraturaya 1-ci qəbul imtahanının fevral ayının 20-də keçirilməsi nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti