...

Ötən gün 120-dən artıq toyda yoxlama keçirilib, 4 nəfər cərimələnib

Cəmiyyət Materials 4 Mart 2022 09:41 (UTC +04:00)
Ötən gün 120-dən artıq toyda yoxlama keçirilib, 4 nəfər cərimələnib

Bakı. Samir Əli - Trend:

Martın 3-də Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 126 toy şənliyinin monitorinqini həyata keçirib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, monitorinq 123 şadlıq sarayında, 3 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə 4 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub.

143 nəfər COVID-19 pasportu olmadığına görə şənliyə buraxılmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti