...

Ukraynanı tərk edən 1000-dən çox azərbaycanlı bu gün Rumıniyaya gəlib

Cəmiyyət Materials 4 Mart 2022 13:36 (UTC +04:00)
Ukraynanı tərk edən 1000-dən çox azərbaycanlı bu gün Rumıniyaya gəlib

Bakı. Trend:

Ukraynanı tərk edən 1000-dən çox azərbaycanlı səhər saatlarında Rumıniyaya gəlib.

Trend-in məlumatına görə, bunu Rumıniyadakı Azərbaycan diaspor təşkilatının rəhbəri Vaqif Həsənov bildirib.

Onun sözlərinə görə, həmin şəxslər Rumıniya hökuməti tərəfindən ayrılmış müvəqqəti binalarda yerləşdirilib:

"Vəziyyətlə əlaqadar Rumıniyada hazırda hotellərin hamısı demək olar ki doludur. Yer tapmaq çətindir. Buna görə idman zalları və bu kimi müxtəlif obyektlərdə insanları yerləşdirmişik. Onlar yataq və yeməklə təchiz olunub. Hazırda vətəndaşlarımızı siyahıya alırıq. Daha sonra avtobus və ya təyyarə ilə vətənə yola salınacaqlar".

V.Həsənov bildirib ki, Rumıniyada Azərbaycana birbaşa reys olmadığından uçuş Buxarest-İstanbul-Bakı marşrutu ilə təşkil olunacaq. Şəxsi avtomobillə olanlar isə Rumıniya-Bolqarıstan-Türkiyə-Gürcüstan yolu ilə vətənə qayıdacaqlar:

"Eyni zamanda Türk Hava Yolları ilə də 45-ə yaxın vətəndaşımız təxliyə olunub".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti