...

Xaçmaz rayonunda 8 Mart-Beynəlxalq Qadınlar Günü münasibətilə bayram tədbiri keçirilib (FOTO)

Cəmiyyət Materials 6 Mart 2022 11:46 (UTC +04:00)
Xaçmaz rayonunda 8 Mart-Beynəlxalq Qadınlar Günü münasibətilə bayram tədbiri keçirilib (FOTO)

Bakı. Trend:

Xaçmaz rayonunda 8 Mart-Beynəlxalq Qadınlar Günü münasibətilə bayram tədbiri keçirilib.

Trend-in məlumatına görə, tədbirdə şəhid anaları, şəhidlərimizin həyat yoldaşları və qız övladları eləcədə müxtəlif sahələrdə çalışan fəal qadınlar iştirak edib. Bayram tədbirində çıxış edən Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev qadınları 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib. Bildirib ki, Azərbaycan qadını milli dövlət quruculuğu işinin fəal iştirakçıları kimi ölkəmizin sosial-iqtisadi, mədəni və elmi potensialının artırılması üçün qüvvə və bacarıqlarını əsirgəməyiblər.

Elnur Rzayev qeyd edib ki, Azərbaycan qadını mərdlik və mətanət nümayiş etdirərək, dualarla cəbhəyə göndərib qələbə xəbəri ilə yolunu gözlədikləri və yurdumuzun hər qarışını canından əziz bilən bir nəsil yetişdirib.

Rayon Ağsaqqallar Şurasının sədri Məhərrəm Abbasov, əməkdar müəllim Mədinə Nurməmmədova və başqaları çıxış edərək ölkəmizdə uğurla həyata keçirilən dövlət qadın siyasətindən danışıblar.

Vətən sevgisinin hər şeydən üstün olduğunu söyləyən şəhid anası Tükəzban Əkbərova şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarla fəxr etdiklərini deyib.

Tədbir yerli incəsənət nümayəndələrinin təqdim etdiyi bayram konserti ilə davam edib.

Görüşün sonunda şəhid analarına, şəhidlərimizin həyat yoldaşlarına və qız övladlarına, eləcədə rayonun ictimai-siyasi həyatında fəal iştirak edən qadınların bir qrupuna Xaçmaz Rayon İcra Hakimiyyəti tərəfindən fəxri fərman və qiymətli xatirə hədiyyələri, həmçinin bayram mərasimində iştirak edən bütün xanımlara gül buketləri təqdim olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti