...

Qəbələyə qar yağıb (FOTO)

Cəmiyyət Materials 12 Mart 2022 09:24 (UTC +04:00)
Qəbələyə qar yağıb (FOTO)

Bakı. Trend:

Qəbələyə qar yağıb. Trend-in məlumatına görə, axşamdan yağmağa başlayan yağış səhər saatlarında qara çevrilib.

Qax rayonunda da saatlarında sulu qar və qar yağıb.

Qeyd edək ki, gün ərzində rayonlarda arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir.

Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 2-5° isti, gündüz 6-10° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° şaxta olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti