Bakı. Trend:
Dünyada son bir həftə ərzində 11 milyondan çox insan koronavirusa yoluxub, 43 mindən çox insan ölüb. Aşkar edilən yoluxma hallarının sayı əvvəlki 7 günlə müqayisədə 8 faiz artıb, ölənlərin sayı isə 17 faiz azalıb.
Trend-in məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı bildirib.
Bildirilib ki, yanvarın sonundan bəri müşahidə olunan əhəmiyyətli bir azalmadan sonra yeni yoluxma hallarının sayı martın 7-dən 13-ə qədər olan həftədə 8 faiz artıb.
Qeyd olunub ki, son yeddi gündə əvvəlki həftə ilə müqayisədə 17 faiz az ölüm qeydə alınıb. ÜST-ə 11 407 714 nəfərin yoluxması barədə daxil olub, 43 097 ölüm halı qeydə alınıb.