...

Gəncədə əsən güclü külək müəyyən fəsadlar törədib (FOTO)

Cəmiyyət Materials 20 Mart 2022 14:19 (UTC +04:00)
Gəncədə əsən güclü külək müəyyən fəsadlar törədib (FOTO)
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Son günlər hava şəraitinin kəskin pisləşməsi fonunda Gəncə şəhərində əsən güclü külək müəyyən fəsadlar törədib.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, güclü küləyin təsirindən Gəncə şəhəri, Vaqif Qəmərli kuçəsində yerləşən fərdi yaşayış evinin talvarının uçaraq mənzilə giriş-çıxışın məhdudlaşması və ətraf üçün təhlükə yaranması barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumat əsasında FHN-in Gəncə Regional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb olunub. Xilasedicilər xüsusi alət və avadanlıqların köməyi ilə qeyd olunan fərdi yaşayış evinə giriş-çıxışı bərpa edərək təhlükəni aradan qaldırıblar.

Bundan başqa, Gəncə şəhəri, Gülüstan yaşayış massivində beşmərtəbəli, 6 blokdan ibarət yaşayış binasının dam örtüyünün bir hissəsinin dağılaraq yerə tökülməsi nəticəsində yaranmış təhlükə ilə əlaqədar əraziyə cəlb olunmuş Nazirliyin Gəncə Regional Mərkəzinin xilasediciləri tərəfindən müvafiq təhlükəsizlik tədbirləri görülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti