...

Bələdiyyələrlə bağlı hökumətə təkliflər verilib

Cəmiyyət Materials 5 Aprel 2022 11:55 (UTC +04:00)
Bələdiyyələrlə bağlı hökumətə təkliflər verilib
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Ədliyyə Nazirliyi bələdiyyə idarəçiliyinin təkmilləşdirilməsi, bələdiyyə torpaqlarından səmərəli istifadə olunması, yerli vergi və ödənişlərin toplanmasındakı problemlərin aradan qaldırılması ilə bağlı qanunvericiliyə dəyişikliklərlə əlaqədar təkliflər paketini Nazirlər Kabinetinə göndərib.

Trend-in məlumatına görə, bunu ədliyyə nazirinin müavini Vilayət Zahirov Milli Məclisdə Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsini təqdim edərkən deyib.

Təkliflər paketində Mülki, Torpaq və İnzibati Xətalar məcəllələrinə, "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında", "Torpaq bazarı haqqında", "Torpaq icarəsi haqqında", "Bələdiyyələrin statusu haqqında", "Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında" və s qanunlara dəyişikliklər nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti