...

Bakı Böyük Şəhər Bələdiyyəsinin yaradılması təklif olunur

Cəmiyyət Materials 5 Aprel 2022 12:30 (UTC +04:00)
Bakı Böyük Şəhər Bələdiyyəsinin yaradılması təklif olunur
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Bakı Böyük Şəhər Bələdiyyəsinin yaradılması təklif olunur.

Trend-in məlumatına görə, bu təkliflə Milli Məclisin Regional siyasət komitəsinin sədri Siyavuş Novruzov Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi haqqında” sənədin müzakirəsi zaman deyib.

O bildirib ki, Azərbaycanda vahid bələdiyyə sistemi yaradılmalıdır. İlkin olaraq, Gəncə, Sumqayıtda şəhər bələdiyyələri vahid sistemə keçməlidir. “Əgər bu effektiv olarsa, Bakı Böyük Şəhər Bələdiyyəsinin yaradılması məsələsinə baxıla bilər. “Böyük şəhərlərdə vahid bələdiyyə sistemi qurulsa, yaxşı olar. İşğaldan azad edilmiş ərazilərdə bələdiyyələr formalaşsa, 500-ə yaxın yeni bələdiyyə olacaq. Ona görə də təklif edirik ki, bu say azaldılsın. Bələdiyyə üzvlərinin sayının azaldılmasını da təklif edirik”, - deyə o bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti