...

Bu il arıçılıq məhsullarının bol olacağı gözlənilir - Assosiasiya sədri

Cəmiyyət Materials 5 Aprel 2022 14:28 (UTC +04:00)
Bu il arıçılıq məhsullarının bol olacağı gözlənilir - Assosiasiya sədri
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Bu il işğaldan azad edilən rayonların arıçıları öz doğma torpaqlarında arıçılıqla məşğul olmaq üçün bizə müraciət ediblər. Ötən il azad edilmiş ərazilərə dörd mindən çox arı iləsi köçürülüb. Bu il bu rəqəmin daha çox olacağını proqnozlaşdırırıq.

Bunu Trend-ə Azərbaycan Arıçılar Assosiasiyasının sədri Bədrəddin Həsrətov deyib.

Onun sözlərinə görə, müraciət edən arıçıların hamısını hələki həmin ərazilərdə yerləşdirmək mümkün deyil:

"Bundan başqa ölkə üzrə qış mövsümündə arı ailələrinin sayında azalma olmayıb. Keçən il 620 min arı ailəsi qeydə alınıb. Bu il də arı ailələrinin sayında artım gözlənilir. Belə ki, bu say 650 min arı ailəsinə çata bilər.

Ötən il 7 min tondan çox bal süzülüb. Bu il isə məhsulun daha çox olacağını gözləyirik", - deyə B.Həsrətov bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti