Bakı. Trend:
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev Xudat şəhərində səyyar qəbul keçirib. Qəbulda yerli hüquq mühafizə orqanlarının və xidmət təşkilatlarının rəhbərləri eləcədə yerli sakinlər iştirak edib.
Əvvəlcə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra sakinlər fərdi qaydada müraciət və təkliflərini səsləndiriblər. Müraciətlər əsasən Xudat şəhərinin qazlaşdırılmayan ərazilərinin mavi yanacaqla təchizatı və içməli suya olan ehtiyacın ödənilməsi, Xudat şəhər 3 saylı tam orta məktəbin əsaslı təmiri, xəstəxana üçün yeni binanın inşası, evlərə stasionar telefon xəttinin çəkilişi və digər sosial sahələri əhatə edib.
Təklifləri fərdi qaydada dinləyən Rayon İcra Hakimiyyətinin
başçısı Elnur Rzayev qaldırılan məsələlərlə bağlı aidiyyatı
təşkilatların rəhbərləri ilə müzakirələr aparıb, həlli
istiqamətində müvafiq tapşırıqlarını verib. Bir çox müraciətlər
yerindəcə həll edilib.
Sakinlər əhalinin problemlərinin həll edilməsi məqsədilə yerlərdə
həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya
görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci
xanım Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.