...

Ombudsman qadın və yetkinlik yaşına çatmayan məhkumlar üçün penitensiar müəssisənin ictimaiyyətə təqdimatında iştirak edib (FOTO)

Cəmiyyət Materials 15 Aprel 2022 19:32 (UTC +04:00)
Ombudsman qadın və yetkinlik yaşına çatmayan məhkumlar üçün penitensiar müəssisənin ictimaiyyətə təqdimatında iştirak edib (FOTO)

Bakı. Trend:

15 aprel 2022-ci il tarixində Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva, millət vəkilləri, aidiyyəti dövlət qurumları, hüquq müdafiəçiləri və KİV nümayəndələri Ədliyyə Nazirliyi tərəfindən Bakıda inşa olunan qadın və yetkinlik yaşına çatmayan məhkumlar üçün müasir penitensiar müəssisəsinin ictimaiyyətə təqdimatında iştirak ediblər.

Ombudsman tədbirdə çıxış edərək, Ümumilli Lider Heydər Əliyevin müəllifi olduğu və cənab prezident İlham Əliyev tərəfindən davam etdirilən hüquq islahatlarından danışıb. S.Əliyeva ölkə Prezidentinin cəza-icra siyasətinin humanistləşdirilməsi ilə bağlı 10 fevral 2017-ci il tarixli Sərəncamının penitensiar müəssisələrdə saxlanılan şəxslərin hüquqlarının müdafiəsi və saxlanma şəraitinin daha da təkmilləşdirilməsində rolunu qeyd edib.

Ombudsman bildirib ki, yeni penitensiar müəssisələrin açılması məhz bu Sərəncamdan irəli gələn tələb kimi qiymətləndirilməlidir. Müəssisənin Avropa Penitensiar Qaydaları və digər beynəlxalq aktlarda nəzərdə tutulmuş müasir standartlara cavab verdiyi xüsusilə vurğulanıb.

Sonra Ombudsmana müraciət edən bir qrup məhkumla söhbət aparılıb.

Sonda məhkumlar üçün ədəbi-bədii hissə təşkil edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti