Bakı. Trend:
Gürcüstanın mədəniyyət xadimləri, ekoloqlar, türkoloqlar və blogerlərindən ibarət nümayəndə heyəti Ermənistan ordusunun oktyabrın 11-də və 17-də cəbhə bölgəsindən aralıda yerləşən Gəncə şəhərinin dinc sakinlərini qadağan olunmuş silahlardan atəşə tutması nəticəsində həlak olmuş həmvətənlərimizin xatirəsini anıblar.
Trend xəbər verir ki, qonaqlar qanlı terror hadisəsinin baş verdiyi əraziyə gül dəstələri qoyublar.
Qeyd edilib ki, Azərbaycanın ikinci böyük şəhəri olan Gəncədə törədilmiş terror aktı Xocalı soyqırımından sonra Azərbaycan xalqına qarşı həyata keçirilən yeni bir dəhşətli faciədir. Xocalı soyqırımını törədən cinayətkarlar cəzasız qaldıqları üçün bu gün də qanlı terror aktları törədilir. Ermənistanın mülki obyektlərə və yaşayış evlərinə raket hücumu Cenevrə Konvensiyasına və digər beynəlxalq sənədlərə ziddir.
Həmçinin nümayəndə heyyəti Gəncə dövlət dram teatrının binası ilə tanış olublar. Qonaqlara məlumat verilib ki, teatr binası yeni istifadəyə verilib. Səfər proqramının yekunu olaraq. Nümayəndə heyyətinin iştirakı ilə konsert proqramı keçirilir. Onu da qeyd edək ki, Gürcüstanlı mədəniyyət xadimlərinin ifasında Azərbaycanın xalq və bəstəkar mahnıları ifa edilir.