...

Azərbaycanda sərnişinlər əsasən hansı nəqliyyat vasitələrindən istifadə edir?

Cəmiyyət Materials 18 Aprel 2022 20:58 (UTC +04:00)
Azərbaycanda sərnişinlər əsasən hansı nəqliyyat vasitələrindən istifadə edir?
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

2022-ci ilin yanvar-mart aylarında Azərbaycanda nəqliyyatçılar 345,1 milyon sərnişinə xidmət göstəriblər.

Trend-in məlumatına görə, sərnişinlərin 86,4 faizi avtomobil nəqliyyatı, 13,2 faizi metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıblar.

Nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 298,1 milyon sərnişin daşınıb və əvvəlki ilin eyni dövrü ilə müqayisədə 18,0 faiz artım qeydə alınıb.

Sərnişinlərin 95,0 faizi avtobus, 5,0 faizi isə minik taksilərinin xidmətlərindən istifadə etmişdir. Sərnişin dövriyyəsi 19,0 faiz artıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti