...

Bizimlə addım atın...

Cəmiyyət Materials 26 Aprel 2022 19:31 (UTC +04:00)

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təqdim etdiyi yeni videoçarx əlilliyi olan şəxslərin aktiv həyata dönüşü üçün onların reabilitasiya vasitələri, o cümlədən protez-ortopedik vasitələrlə təminatından bəhs edir.

Bu ilin ilk rübündə Nazirlik tərəfindən əlilliyi olan şəxslərə 13,1 min reabilitasiya vasitəsi verilib. 2020-ci ilin dekabr ayından başlanan yeni proqram çərçivəsində isə 270 nəfər müharibə əlili 290 ədəd yüksək texnologiyalı 4-cü nəsil müasir protezlə təmin edilib.

“Həyata bizimlə addım atın” devizini ifadə edən videoçarxda reabilitasiya vasitələrinin, habelə dünyanın məşhur şirkətləri ilə əməkdaşlıq müstəvisində 4-cü nəsil müasir protezlərin hazırlanması və təqdim olunmasından, onların üstünlüklərindən bəhs olunur.

Videoçarxı təqdim edirik: https://www.youtube.com/watch?v=QTVeRfStw9w

Məqalədə:
Xəbər lenti

Xəbər lenti