Bakı. Trend:
"Pfizer-BioNTech" konsorsiumu ABŞ-ın Qida məhsulları və dərmanların keyfiyyətinə sanitar nəzarət üzrə İdarəsinə (FDA) 5-11 yaş arası uşaqlarda koronavirus peyvəndinin "buster" dozasının təcili istifadəsinə razılıq verilməsi üçün sorğu göndərib.
Trend-in məlumatına görə, bu barədə "Pfizer" şirkətinin saytında bildirilib.
Şirkətlər tərəfindən təqdim edilən müraciətdə dərman sınaqlarının ikinci mərhələsinə dair məlumatlar əks olunub. Bu məlumatlara əsasən, "Pfizer-BioNTech" peyvəndinin ikinci dozasından təxminən altı ay sonra "buster" dozasını qəbul edən 5-11 yaş arası uşaqlarda güclü immun reaksiya yaranıb.