...

Bakı-Naxçıvan təyyarəsi tufanla əlaqədar geri qayıdıb

Cəmiyyət Materials 6 May 2022 19:53 (UTC +04:00)
Bakı-Naxçıvan təyyarəsi tufanla əlaqədar geri qayıdıb

Bakı. Trend:

“Azərbaycan Hava Yolları” aviaşirkətinin J2 255 nömrəli Bakı-Naxçıvan reysini yerinə yetirən hava gəmisinin kapitanı Naxçıvan hava limanı ətrafındakı tufanla əlaqədar uçuş hava limanına qayıtmaq qərarına gəlib.

Bu barədə Trend-ə "Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən məlumat verilib.

Təyyarə saat 18:42-də Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib.

“Sözügedən reysin sərnişinləri hava şəraiti yaxşılaşdıqdan sonra Naxçıvana yola düşəcəklər”, - deyə məlumatda qeyd olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti