...

Səhiyyə naziri karantin rejiminin tam ləğvindən danışıb

Cəmiyyət Materials 10 May 2022 11:40 (UTC +04:00)
Səhiyyə naziri karantin rejiminin tam ləğvindən danışıb
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Tibbi maskadan istifadə ləğv edilsə də, əhali payız aylarında ehtiyatlı olmalıdır.

Trend-in məlumatına görə, bunu səhiyyə naziri Teymur Musayev deyib.

O bildirib ki, artıq bununla bağlı Ümumdünya Səhiyyə Təşkilatı da xəbərdarlıq edib.

"Bilirsiniz ki, ölkədə maskadan istifadə ləğv edilib. Amma biz arxayınlaşmamalıyıq. Hər an ayıq-sayıq olmalıyıq. Şərt o deyil ki, qəfil sıçrayış olsun. Koronavirus infeksiyası dəfələrlə "sürprizlər" göstərib. Ona görə də virusun yeni mutasiyasının olub-olmaması məlum deyil. Ona görə də ölkədə karantin rejiminin tam ləğv edilməsini bir müddət gözləmək lazımdır",-nazir qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti