...

Oksford Universitetinin əməkdaşları Azərbaycanda seysmik tədqiqatlar aparır (FOTO)

Cəmiyyət Materials 11 May 2022 13:55 (UTC +04:00)
Oksford Universitetinin əməkdaşları Azərbaycanda seysmik tədqiqatlar aparır (FOTO)

Bakı. Trend:

Azərbaycan Milli Elmlər Akademiyası və Böyük Britaniyanın Oksford Universiteti arasında olan Anlaşma çərçivəsində AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi və Oksford Universitetinin əməkdaşlarının birgə apardığı paleseysmoloji tədqiqatlar davam etdirilir.

Mərkəzdən Trend-ə verilən məlumata görə, hazırda hər iki qurumun əməkdaşlarından ibarət qrup Salyan rayonu ərazisində tədqiqatlar aparırlar. Buna qədər Ağsu, İsmayıllı və Göyçay rayonlarında birgə tədqiqatlar aparılıb. Tədqiqatların mayın 21-nə qədər davam etdirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, aparılan tədqiqatların məqsədi Azərbaycan ərazisində infrostruktur və əhali üçün ciddi seymik təhlükə yarada biləcək tektonik qırılmaları müəyyən etməkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti