...

Rusiya və Azərbaycan alimləri Xəzərin tədqiqatı sahəsində əməkdaşlıq edəcəklər

Cəmiyyət Materials 12 May 2022 00:41 (UTC +04:00)
Rusiya və Azərbaycan alimləri Xəzərin tədqiqatı sahəsində əməkdaşlıq edəcəklər

Bakı. Trend:

Rusiya və Azərbaycanın elmi təsisatları Xəzər regionunda tədqiqatlar sahəsində əməkdaşlığı gücləndirəcək.

Trend TASS-a istinadən xəbər verir ki, müvafiq saziş mayın 11-də Moskvada “Xəzər dialoqu” Beynəlxalq Assambleyası çərçivəsində imzalanıb.

Saziş Rusiya, Azərbaycan və Xəzər regionunun digər ölkələrində yerləşən təşkilatlar arasında elmi, texnoloji, innovasiya və təhsil sahələrində beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində qarşılıqlı fəaliyyəti nəzərdə tutur.

Bura, həmçinin birgə tədqiqatlar, Xəzər dənizinin səviyyəsinin öyrənilməsi, Rusiya və Azərbaycanın sularında ekoloji monitorinq məsələləri daxildir.

Sazişin həyata keçirilməsi üçün məsləhətləşmələrin aparılması, eləcə də ekspert qruplarının yaradılması, elmi-texniki əməkdaşlıq məsələlərinə həsr olunmuş informasiya və analitik materialların buraxılması, internet resurslarının və çap nəşrlərinin inkişafı nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti