...

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Cəmiyyət Materials 24 May 2022 18:33 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 2 999 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 349, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 271, 3-cü və daha çox doza üzrə vaksinasiya olunanların sayı 2 148, pozitiv nəticədən sonra buster doza olunanların sayı isə 231 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 710 006, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 346 173, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 847 713, 3-cü və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 271 363, pozitiv nəticədən sonra buster doza olunanların sayı 244 757 təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti