...

Gəncə hadisələrinə görə həbs olunan 3 nəfər azadlığa buraxılıb (FOTO)

Cəmiyyət Materials 28 May 2022 10:26
Gəncə hadisələrinə görə həbs olunan 3 nəfər azadlığa buraxılıb (FOTO)

Trend-i buradan izləyin

Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Əfv sərəncamının icrası Ədliyyə Nazirliyi Penitensiar xidmətinin 10 saylı cəzaçəkmə müəssisəsində davam etdirilib.

Trend-in məlumatına görə, sərəncam bu müəssisədəki məhkumlardan 11 nəfərə şamil olunub. Onlardan 7 nəfər azadlığa buraxılıb, 4 nəfərin isə cəzası yarıya endirilib.

Azadlığa buraxılanlardan üç nəfəri Gəncə hadisələrinə görə həbs edilən məhbuslardır.
Onlara müvafiq ərizələr təqdim edildikdən sonra azadlığa buraxılıblar.

Qeyd edək ki, bu gün Prezident İlham Əliyev tərəfindən mayın 27-də imzalanan Əfv Sərəncamının icrasına başlanılıb.

Sərəncama əsasən, məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxılaraq, məhkumların şəxsiyyəti, səhhəti, ailə vəziyyəti, törətdikləri cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cəza çəkdikləri müddəti və həmin müddətdə davranışları nəzərə alınaraq, humanizm prinsipləri əsas götürülərək ümumilikdə 213 nəfər əfv edilib.

Belə ki, azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş 168 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib, 36 nəfərin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb.

Eləcə də azadlıqdan məhrumetmə cəzasına şərti olaraq məhkum edilmiş 3 nəfər cəzadan azad ediliblər.

Həmçinin azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş 6 nəfər cəzalarının çəkilməmiş hissəsindən azad olunublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti