...

Valideyn himayəsindən məhrum uşaqlara 1 iyun sürprizi (FOTO)

Cəmiyyət Materials 1 İyun 2022 09:53 (UTC +04:00)
Valideyn himayəsindən məhrum uşaqlara 1 iyun sürprizi (FOTO)

Bakı. Trend:

1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Təhsil Nazirliyinin dəstəyi, "Millenium" dondurmalarının və "Voice" reklam şirkətinin təşkilatçılığı ilə nazirliyin tabeliyindəki internat məktəblərində yaşayan 240 uşaq üçün kinoteatrda əyləncəli proqram təşkil edilib.Tədbirə qatılan uşaqlar maraqlı vaxt keçirərək kino izləyiblər.

Tədbirdə, həmçinin, Azərbaycanda uşaqların problemlərinin həlli istiqamətində müxtəlif layihələrin həyata keçirildiyi də xüsusi vurğulanıb.

Qeyd edək ki, ölkə Prezidenti cənab İlham Əliyev Azərbaycanda uşaqlara dövlət qayğısının gücləndirilməsi, uşaq problemlərinə vətəndaş cəmiyyəti qurumlarının diqqətinin artırılması və ölkənin uşaqlarla bağlı demoqrafik perspektivlərinin müəyyənləşdirilməsi məqsədi ilə 22 dekabr 2008-ci il tarixli Sərəncam imzalayıb. Sərəncama əsasən, 2009-cu il "Uşaq ili" elan olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti