...

EY şirkəti Bakı Enerji Forumunu dəstəkləyir (FOTO)

Cəmiyyət Materials 2 İyun 2022 10:43 (UTC +04:00)

Bakı. Trend:

EY şirkəti Bakı Enerji Forumunun (əvvəllər Xəzər Neft-Qaz Konfransı kimi tanınan) Məsləhətçi Tərəfdaşı kimi çıxış edir. Bu forum neft-qaz sektorunda ixtisaslaşan sənaye rəhbərləri, dövlət rəsmiləri, aparıcı şirkətlərin idarə heyətlərinin üzvləri, habelə tədqiqat mərkəzlərin ekspertləri və sənaye təhlilçiləri üçün ən nüfuzlu platformalardan biri hesab olunur. Tədbir ənənəvi olaraq iyunun ilk həftəsində keçirilir.

EY şirkətinin Azərbaycan üzrə idarəedici partnyoru İlqar Vəliyev deyib: "Hamıya məlumdur ki, enerji və resurslar sənayesi uzun müddət ərzində əsaslı dəyişikliklərə məruz qalmaqdadır. Lakin, qeyri-müəyyənliklər və onlarla bağlı narahatlığa baxmayaraq biz EY olaraq əminik ki, cari vəziyyət sənaye üçün çətinliklər deyil, yeni imkanlar gətirə bilər. Ona görə gələcəyini düşünən və dəyişiklikləri qabaqlamaq istəyən şirkətlər dərhal hərəkətə keçməlidir. Biz bu cür şirkətlərə bugünkü məqsədlərinə çatmağını sabahkı uzunmüddətli dəyər yaratmaq səyləriylə birləşdirən strategiyanı hazırlayıb, onlara lazım olan yol xəritəsi tərtib edirik və tələb olunan təşkilati və texnoloji addımlar və islahatlar təqdim edirik. Odur ki, biznes icmasına gələcək üçün bizneslərini inkişaf etdirmək və yenidən formalaşdırmaqda dəstək göstərərək unikal təcrübə və biliklərimizi təklif edirik".

Dekarbonizasiya, rəqəmsallaşma, xərclərlə bağlı təzyiqlər və geosiyasi qeyri-müəyyənlik enerji və resurslar sənayesini dəyişdirən qüvvələrdən yalnız bəziləridir. Neft-qaz şirkətləri eyni problemlə üzləşir – onlar cari və gələcək çətinliklərə tab gətirmək üçün qısamüddətli kommersiya təzyiqlərini bizneslərini yenidən formalaşdırmaq zərurəti ilə uyğunlaşdırmalıdırlar.

EY şirkətinin Mərkəzi, Şərqi, Cənub-Şərqi Avropa və Mərkəzi Asiya bölgədəki neft-qaz sənayesi üzrə məsləhət təcrübənin rəhbəri Marek Mikitiyuk adıçəkilən forumda “Enerji keçidi perspektivləri” mövzusunda təqdimatla çıxış edəcək. O, yeni yaranan təmiz texnologiyaların iqtisadiyyata təsirini və nəqliyyat və infrastrukturun inkişafında enerji sektorunun rolunu müzakirə edəcək. Forumda çıxış etməzdən əvvəl Marek Mikitiyuk bunları söylədi: "Neft-qaz şirkətləri müəyyən bir müddət hələ də enerji istehsalçı oyunçuları sırasında aparıcı rol oynayacaqlar. Lakin, onların da keçid yolu çoxsaylı çağırış və risklər ilə müşayiət olunacaq. Sənayenin böyüməsini davam etdirmək və qeyri-müəyyənlik şəraitində inkişaf etmək üçün şirkətlərdən adaptasiya və çeviklik bacarıqları tələb olunacaq".

Bu yaxınlarda EY enerji istehlakçılarının enerji keçidində necə hərəkət edə biləcəyini aşkar edib işıqlandırmaq üçün 17 ölkədən 34 mindən çox istehlakçı arasında sorğu keçirib. Bu araşdırma təsdiq edib ki, enerji keçidi sürətləndikcə müştərilərin enerji təminatçılarına qarşı gözləntiləri və istəkləri də sürətlə dəyişəcək. Ekspertimiz Marek Mikitiyuk bu fikri dəstəkləyir: "Dəyişən enerji dünyası tam yeni bir müştəri təcrübəsi tələb edir. Bunu insanlar açıq şəkildə ifadə edirlər. Yeni müştəri təcrübəsi istehlakçıların deyişən ehtiyac və istəklərə cavab verməli və insanların dayanıqlı inkişafa xidmət edən seçimlər etməyə imkan verməlidir. Buna görə də enerji təminatçıları bütün bunları bazara təqdim edəndə iqtisadi artım, xərc və davamlılığı tarazlaşdırmalıdır.

EY sözügedən müştəri təcrübəsinin dəyişdirilməsinin şirkətlər üçün nə dərəcədə həssas və çətin olduğunu gözəl anlayır. Məhz buna görə də EY mütəxəssisləri enerji istehsalçılarına işçi qüvvəsini gücləndirməkdə, getdikcə daha geniş müştəri kütləsini cəlb etməkdə və uzunmüddətli dəyəri artırmaq üçün qabaqcıl texnologiyalardan və çevik iş üsullarından istifadə etməkdə kömək edir. EY Azərbaycan da daha yaxşı iş mühiti qurmaq öhdəliyini yerinə yetirməkdə davam edir. EY-ın irəli sürdüyü fikir və təkliflər kapital bazarlarında, habelə yerli iqtisadiyyatda etimad yaratmaq missiyasına xidmət edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti