...

Azərbaycanda tələbələrin 46 faizi dövlət hesabına təhsil alır - Nazir müavini

Cəmiyyət Materials 6 İyun 2022 12:46 (UTC +04:00)
Azərbaycanda tələbələrin 46 faizi dövlət hesabına təhsil alır - Nazir müavini
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda ali təhsil pilləsində təhsil alan tələbələrin 46 faizi dövlət büdcəsi vəsaiti hesabına təhsil alır.

Trend-in məlumatına görə, bunu təhsil nazirinin müavini İdris İsayev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deyib.

Nazir müavini bildirib ki, ali təhsil pilləsində təhsil alan tələbələrin 54 faizi isə ödənişli təhsil alır.

Onun sözlərinə görə, ödənişli təhsil alan tələbələrdən də sosial həssas qrupa aid olan tələbələr mövcuddur.

“Onların da vəsaitləri dövlət büdcəsi hesabına ödənilir. Bunlar məcburi köçkünlər, şəhid ailələri, valideyn himayəsindən məhrum olmuş və ya valideynini itirmiş şəxslərdir, I və ya II dərəcəli əlilliyi olan, sağlamlıq imkanları məhdud olan şəxslərdir. Onların sayı ali təhsildə toplam olaraq 17 400 nəfərdir. Baxmayaraq ki, onlar ödənişli təhsil alırlar, ancaq təhsil haqqı xərclərini dövlət qarşılayır", - deyə İ.İsayev əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti