...

Xudatda dahi şairimiz Nizami Gəncəvinin adını daşıyan park yenidən qurulur (FOTO)

Cəmiyyət Materials 8 İyun 2022 19:38 (UTC +04:00)
Xudatda dahi şairimiz Nizami Gəncəvinin adını daşıyan park yenidən qurulur (FOTO)

Bakı. Trend:

Xaçmaz rayonunun Xudat şəhərində dahi şarimiz Nizami Gəncəvinin adını daşıyan parkda əsaslı yenidənqurma və abadlıq işləri aparılır.

Xaçmaz Rayon İcra Hakimiyyətindən Trend-ə bildirilib ki, ümumi sahəsi 2 hektaradək olan parkda dahi şairin heykəli ucaldılacaq, ətrafı milli memarlıq üslubunda yenilənəcək.

Parkda 2500 kvadratmetr əraziyə tamet döşənəcək, yaşıllıqlar və gül kolları salınacaq. İstirahət məkanında yeni oturacaqlar, fəvvarə və müasir işıqlandırma sistemi quraşdırılacaq. Həmçinin elektron kitabxana, müxtəlif idman qurğuları və uşaqların mənalı istirahəti üçün atraksionlarda mövcud olacaq.

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev parkda həyata keçirilən yenidənqurma işləri ilə tanış olub. İşlərin vaxtında və kefiyyətlə yerinə yetirilməsi üçün müvafiq tapşırıqlarını verib.

İcra başçısı ilə səmimi söhbət edən sakinlər son illər Xudat şəhərində həyata keçirilən tikinti, quruculuq və abadlıq işlərinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

Qeyd edək ki, ötən il Xaçmaz rayonunda həyata keçirilən abadlıq işləri çərçivəsində Xudat şəhərinin 26 küçəsinə asfalt salınıb. Piyadaların rahat və təhlükəsiz hərəkəti üçün səkilər qoyulub, müasir gecə işıqlandırma sistemi yaradılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti