...

Azərbaycanda koronavirusa daha 7 yoluxma qeydə alınıb

Cəmiyyət Materials 11 İyun 2022 16:34 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 7 yeni yoluxma faktı qeydə alınıb, 10 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, ölən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 792 870 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 783 086 nəfər müalicə olunaraq sağalıb, 9 715 nəfər vəfat edib, aktiv xəstə sayı 69 nəfərdir.

Ölkədə son sutka ərzində 2 468, hazırkı dövrədək isə 6 921 407 test aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti