...

15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş tədbirlər təşkil edilib (FOTO)

Cəmiyyət Materials 15 İyun 2022 23:55 (UTC +04:00)
15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş tədbirlər təşkil edilib (FOTO)

Bakı. Trend:

Ombudsmanın Quba, Gəncə, Şəki və Cəlilabad regional mərkəzləri 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş tədbirlər keçirib.

Ombudsman Aparatından Trend-ə verilən məlumata görə, tədbirlərdə 15 İyun tarixinin əhəmiyyəti vurğulanıb. Çıxışlar zamanı Ümummilli Lider Heydər Əliyev tərəfindən ölkədə ictimai-siyasi sabitliyin bərpa olunması, hüquqi, demokratik dövlət quruculuğu, beynəlxalq aləmdə ölkəmizin nüfuzunun yüksəldilməsi sahəsində görülmüş tədbirlər diqqətə çatdırılıb.

Qeyd olunub ki, ölkəmizdə insan hüquqlarının təmin edilməsi sahəsində ilk addımlar da məhz Ümummilli Lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra atılıb.

Tədbirlər zamanı Ulu Öndər Heydər Əliyevin ölkədə apardığı ardıcıl, sistemli və gələcəyə hesablanan islahatlar haqqında məlumat verilib. Həmçinin Azərbaycan dövlətinin ali məqsədi olan insan hüquq və azadlıqlarının təmini sahəsində qəbul edilmiş dövlət proqramları, qanunvericilik aktları, ölkəmizin qoşulduğu beynəlxalq konvensiyalar, habelə insan hüquq və azadlıqlarının qorunması sahəsində Ombudsmanın fəaliyyəti barədə məlumatlar tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

Tədbirlər müzakirə şəklində davam etdirilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti