Bakı. Trend:
19 fevral 2021-ci il tarixində “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında peşə təhsili sahəsində əməkdaşlığa dair Protokol” imzalanıb. Protokol iki ölkə arasında peşə təhsili sahəsində əməkdaşlığın genişləndirilməsini və müvafiq istiqamət üzrə Türkiyənin təcrübəsinin öyrənilməsini özündə ehtiva edir.
Bu barədə Trend-ə Təhsil Nazirliyindən xəbər verilib.
Türkiyənin Bursa şəhərində yerləşən 3 peşə təhsil müəssisəsi ilə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi, Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzi, Bərdə Peşə Liseyi və Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi arasında Əməkdaşlıq Memorandumu imzalanıb.
Hazırda Azərbaycan-Türkiyə Peşə Təhsili Müəssisəsinin Nizamnamə sənədi hazırlanır.