...

Bazar günü hava necə olacaq?

Cəmiyyət Materials 18 İyun 2022 11:48 (UTC +04:00)
Bazar günü hava necə olacaq?

Bakı. Trend:

İyunun 19-da Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz keçəcək. Mülayim şimal küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən məlumata görə, havanın temperaturu Abşeron yarımadasında gecə 20-22° isti, gündüz 27-31° isti olacaq. Bakıda gecə 20-22° isti, gündüz 29-31° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 50-55 % olacaq.

Azərbaycanın rayonlarında əksər rayonlarda əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 17-22° isti, gündüz 31-36° isti, dağlarda gecə 8-13° isti, gündüz 17-22° isti olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti