...

Ziraat Bank Azərbaycan-ın rəhbərliyinə yeni təyinat

Cəmiyyət Materials 24 İyun 2022 18:47 (UTC +04:00)
Ziraat Bank Azərbaycan-ın rəhbərliyinə yeni təyinat

Trend-i buradan izləyin

Bakı. Trend:

“Ziraat Bank Azərbaycan” ASC-in Müşahidə Şurasına yeni təyinat olub. Belə ki, Ziraat Bank Azərbaycanın daxil olduğu, dünyanın 18 ölkəsində fəaliyyət göstərən Ziraat Maliyyə Qrupunun daxilində həyata keçirilən dövrü yerdəyişmələr ilə əlaqədar olaraq Ziraat Bank Azərbaycanın Müşahidə Şurasının üzvü Kemalettin Bayat öz vəzifəsini Fuat Yılmaz Yıldıza təhvil vermişdir. Fuat Yılmaz Yıldız peşəkar karyerasına 1996-ci ildən, bank sahəsində karyerasına isə 1998-ci ildən başlamışdır. 2012-ci ildən etibarən T.C. Ziraat Bankasında çalışan Yıldız hazırda Biznes Bankçılığı Filiallarının İdarəetməsi departamentinin direktoru vəzifəsində çalışır və bank sahəsində olduqca zəngin təcrübəyə malikdir.

“Ziraat Bank Azərbaycan” ASC, Türkiyə Respublikasına məxsus, 158 illik tarixə malik olan “Ziraat Maliyyə Qrupu”-nun tərkib hissəsidir və Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Bank korporativ və pərakəndə bankçılıq sahəsində məhsul və xidmətlərini Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən ümumi 7 filialı ilə yanaşı, rəqəmsal satış və xidmət platformaları üzərindən də müştərilərə təqdim edir.

Bankın təqdim etdiyi məhsul və xidmətlər haqqında daha ətraflı məlumatı, Bankın Facebook, Instagram, Twitter, Linkedin, Youtube sosial media hesablarından və ya *9229 qısa nömrəsinə zəng edərək əldə edə bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti