Bakı. Trend:
Bakı şəhəri İslam Səfərli küçəsi 12 ünvanında yerləşən yerli əhəmiyyətli tarix-memarlıq abidəsinə edilən qanunsuz müdaxilənin qarşısı Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən alınıb.
Bu barədə Trend-ə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən məlumat verilib.
Qeyd edilib ki, həmin tarix-memarlıq abidəsinin üzərində əlavə mərtəbənin inşasına başlanıldığı aşkar edilmişdi.
Qanunsuz müdaxilə ötən gün baş verib. Taxta konstruksiya ilə aparılan tikinti işləri sökülərək, tarixi bina əvvəlki görkəminə qaytarılıb.