Bakı. Trend:
Bu günlərdə Bakı şəhəri, Binəqədi rayon məhkəməsinin çıxardığı qərarla fəaliyyətinə əngəl yaradılan “Avtodetal” mağazalar şəbəkəsinin rəhbərləri çıxarılmış qərardan Bakı Apellyasiya Məhkəməsinə şikayət etmişdir.
Şirkət rəhbərlərinin verdiyi şikayəti Azərbaycan Respublikasının Baş Prokurorluğu dəstəkləmiş və Bakı Apellyasiya Məhkəməsi təmin etmişdir. Çıxarılmış yeni qərarla Binəqədi Rayonu Məhkəməsinin qərarı ləğv edilmiş və mağazalar şəbəkəsinin fəaliyyəti bərpa edilmişdir.
Qeyd edək ki, “Avtodetal” Azəbaycanda bir ilə yaxındır yaradılmış avtomobil ehtiyat hissələrinin satışını həyata keçirən mağazalar şəbəkəsidir. Mağazalar şəbəkəsinin “Mərkəz” mağazası, “Biləcəri”, “Yasamal-1”, “Yasamal-2”, “Mikrorayon”, “Bakıxanov”, “Neapol”, “Maştağa”, “Grand”, “Sumqayıt” və “Masallı” filialları fəaliyyət göstərir.