...

Sıxlığa görə 26 xətt üzrə avtobuslar gecikir

Cəmiyyət Materials 19 İyul 2022 09:18 (UTC +04:00)
Sıxlığa görə 26 xətt üzrə avtobuslar gecikir
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Vahid Dispetçer Xidmətinin bu gün səhər pik saatlarına olan məlumatına əsasən paytaxtın müxtəlif ərazilərində müşahidə olunan nəqliyyat sıxlıqları səbəbindən 26 müntəzəm marşrut xətti üzrə 67 avtobusun hərəkət intervalında gecikmələr var.

Bakı Nəqliyyat Agentliyindən (BNA) Trend-ə verilən məlumata görə, hazırda aşağıdakı yollarda avtomobillərin hərəkətində sıxlıq müşahidə edilir:

1. Bakı-Sumqayıt şossesi-Bakı Beynəlxalq Avtovağzal Kompleksi-Moskva prospekti-20 Yanvar dairəsi istiqamətində 2, 7A, 13, 14, 18, 29, 67, 83, 92, 96, 114A, 114B, 119, 135 və 199 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 12-17 dəqiqə gecikmə müşahidə olunur.

2. Binəqədi şosesi – Azadlıq m/st istiqamətində sıxlıqla əlaqədar 79, 133, 165, 179 və 202 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 10-15 dəqiqə gecikmə müşahidə olunur.

3. Zabrat şosesi-şəhər istiqamətində 40, 131, 163, 216, 217 və M8 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 10-12 dəqiqə gecikmə müşahidə olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti