...

Mərkəzi Gömrük Hospitalında nəfəs testi vasitəsilə Helicobacter pylori bakteriyasını təyin edilir

Cəmiyyət Materials 19 İyul 2022 16:20 (UTC +04:00)
Mərkəzi Gömrük Hospitalında nəfəs testi vasitəsilə Helicobacter pylori bakteriyasını təyin edilir

Bakı. Trend:

Mərkəzi Gömrük Hospitalının Tibbi laboratoriyasında yeni laboratoriya testi tətbiq olunmağa başladı. İndi cəmi 25 dəqiqə ərzində yeni laboratoriya nəfəs testi vasitəsilə Helicobacter pylori bakteriyasının təyin edilməsi xidməti göstərilməyə başladı.

Mədə və bağırsaq xorasını, mədə xərçəngini və atrofik qastritləri törədən Helicobacter pylori bakteriyası qeyri invaziv, pasiyentə heç bir narahatçılıq vermədən, gözünün önündə asan aparılan 14C-Ur nəfəs testi ilə müəyyən edilir. 14C-Ur nəfəs testi Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən Qızıl Standart kimi qəbul olunub. Testin həssaslığı 95%, spesifikliyi isə 95-100% təşkil edir.

Helicobacter pylori ureaza fermentini ifraz edir. Mədədə bu ferment varsa oral yolla alınan 14C-sidik cövhəri (xəstəyə kapsul şəklində verilir) karbondioksid və amonyaka hidroliz olur. Qanda absorbsiya olaraq ağciyərlərdən verilən hava ilə çıxır və verilən nəfəsdə miqdari ölçülür. Müəyyən dərəcədə işarətli CO2-nin aşkarlanması aktiv Helicobacter pylori infeksiyasının göstəricisidir.

Helicobacter pylori testindən keçmək üçün qaydaları Sizə təqdim edirik:

  • Testdən öncə ən az 6 saat ac olmalı, 1 saat siqaret çəkməməli, su içməməli;
  • Son 2 həftə müddətində antibiotik qəbul etməməli;
  • Mədə dərmanları qəbul olunarsa (proton pompa inhibitorları, vismut preparatları) dayandırılmalıdır;
  • Müalicə monitorinqi məqsədi ilə təyin olunan test müalicə bitdikdən 6 həftə sonra aparılmalıdır;

Helicobacter pylori nəfəs testinin aparılma proseduru:

  • Pasiyentə kapsul verilir;
  • 20 dəq sonra test aparılır;
  • Testdən 5 dəqiqə sonra nəticə əldə edilir.

Ətraflı məlumat almaq üçün Mərkəzi Gömrük Hospitalının Çağrı Mərkəzinin (012) 404 08 08 nömrəsinə zəng vurmaq mümkündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti