...

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının növbəti onlayn iclası keçirilib

Cəmiyyət Materials 27 Avqust 2022 13:00 (UTC +04:00)
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının növbəti onlayn iclası keçirilib

Bakı. Trend:

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının növbəti onlayn iclası keçirilib.

26 avqust tarixində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib.

Müşahidə Şurasının sədr müavini Vüsal Quliyevin sədrliyi ilə keçirilən iclasda ilk olaraq Agentliyin “Qeyri-hökumət təşkilatları tərəfindən icra olunan layihələr üzrə maliyyə hesabatlarının tərtibi və təqdim edilməsi haqqında Təlimat”ın təkmilləşdirilməsi məsələsinə baxılıb. Müşahidə Şurasının üzvləri tərəfindən verilən təkliflər nəzərə alınaraq, sənəddə müvafiq əlavə və düzəlişlər təsdiq edilib.

Daha sonra Agentliyin 2 qrant müsabiqəsi ilə bağlı təklif müzakirəyə çıxarılıb. Təklif edilib ki, yaxın günlərdə “Müharibə iştirakçılarının sosial vəziyyətinin yaxşılaşdırılmasına dair təşəbbüslər” və “Məişət zorakılığına qarşı mübarizə və qadınlara qarşı ayrı-seçkiliyin aradan qaldırılması təşəbbüsləri” istiqamətində qrant müsabiqələri elan edilsin. Müzakirələr zamanı QHT-lərin müsabiqələrdə fərdi və koalisiya formasında iştirakı təklif edilib. Sonda hər iki müsabiqəsinin elan edilməsi ilə bağlı Agentliyin aparatına müvafiq tövsiyə verilmişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti