...

Azərbaycanda əlillik ən çox bu xəstəliklər üzrə təyin edilib

Cəmiyyət Materials 6 Sentyabr 2022 12:47 (UTC +04:00)
Azərbaycanda əlillik ən çox bu xəstəliklər üzrə təyin edilib
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Əlillik təyin olunan xəstəliklər arasında onkoloji və nevroloji xəstəliklər üstünlük təşkil edir.

Trend-in məlumatına görə, bunu Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sədr müavini Mətanət Məmmədova "Sosial saat"da deyib.

O qeyd edib ki, psixi və ürək xəstəlikləri ilə bağlı müraciətlər də çox olur.

M.Məmmədova əlavə edib ki, bu ilin yanvar-avqust aylarında 42511 şəxsə əlillik təyin edilib. “28 914 şəxsə təkrar əlillik, 13 597 nəfərə isə ilkin əlillik təyinatı aparılıb. Mütəmadi olaraq vətəndaşların müraciətləri cavablandırılıb”, - deyə o əlavə edib.

Qeyd edək ki, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanuna dəyişikliklər edilib. Dəyişikliklərin 2022-ci il iyulun 1-dən qüvvəyə minib. Yeni qaydalara əsasən, əlillik orqanizmin funksiyasının itirmə dərəcəsinə görə, yəni faizlə müəyyən edilir. Orqanizmin funksiyasının 30-60 faiz itirilməsi III qrup, 60-80 faiz itirilməsi II qrup, 80-100 faiz itirilməsi isə I qrup hesab olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti