...

Qazaxıstanın dövlət nümayəndələri DOST Agentliyində olub (FOTO)

Cəmiyyət Materials 8 Sentyabr 2022 17:37 (UTC +04:00)
Qazaxıstanın dövlət nümayəndələri DOST Agentliyində olub (FOTO)

Bakı. Trend:

Qazaxıstan Respublikası Prezidentinin Administrasiyasının Vətəndaş müraciətlərinin baxılmasına nəzarət şöbəsinin müdir müavini Baxıt Yesimovanın rəhbərlik etdiyi nümayəndə heyəti DOST Agentliyində olub. Qonaqlara əvvəlcə DOST modeli haqqında ümumi məlumat verilib, mərkəzlərin iş prinsipi izah olunub.

Daha sonra geniş tərkibdə keçirilən görüşdə DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov DOST konsepsiyası barədə geniş təqdimatla çıxış edib. O bildirib ki, rəhbərlik etdiyi qurumun əsas məqsədi sosial təminat və məşğulluq sahəsində vətəndaş məmnunluğunun təmin edilməsidir. Qısa müddət ərzində sosial sahədə brendə çevrilən DOST-un fəaliyyəti bir sıra nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilməsi qonaqların diqqətinə çatdırılıb.

Qazaxıstan rəsmiləri DOST modelinin bir çox dövlətlər üçün nümunə ola biləcəyini qeyd ediblər.

Qeyd edək ki, görüş Qazaxıstan Respublikası Prezidentinin Administrasiyasının Vətəndaş müraciətlərinin baxılmasına nəzarət şöbəsinin müdir müavini Baxıt Yesimovanın rəhbərlik etdiyi nümayəndə heyətinin 6-9 sentyabr tarixlərində Azərbaycan Respublikasına səfəri çərçivəsində baş tutub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti