...

Yardımlı və Lerikdə qaz təchizatında fasilə olacaq

Cəmiyyət Materials 13 Sentyabr 2022 13:33 (UTC +04:00)
Yardımlı və Lerikdə qaz təchizatında fasilə olacaq

Bakı. Trend:

Yardımlı və Lerik rayonlarının qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

“Azəriqaz” İstehsalat Birliyindən Trend-ə verilən məlumata görə, “Qaz İxrac” İdarəsinə məxsus “Tüklə-Ordahal” yüksək təzyiqli Magistral Qaz Kəmərinin korroziyaya uğramış hissəsində yaranmış qaz sızmasının ləğvi ilə bağlı, 14.09.2022-ci il tarixdə saat 13:00-dan etibarən təmir işləri başa çatanadək “Lerik”, “Ordahal”, “Yardımlı” və “Əngəvül” QPS-lərdən qaz təchizatının dayandırılması planlaşdırılır.

Təmir işləri görülən müddətdə Yardımlı rayonunun (tam olaraq), Lerik rayonunun isə böyük hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti